1. Başçı, rəhbər, öndə gedən; siyasi partiyanın, ictimai-siyasi təşkilatın müəyyən xarizmi olan rəhbəri. □ Siyasi lider.
2. İdman yarışlarında, işdə və s.-də öndə, irəlidə gedən. □ Yarışın lideri.
See also:
1. Konkret məqsədlə qurulan ittifaq; ayrı-ayrı şəxslərin, təşkilatların, dövlətlərin ictimai-siyasi və iqtisadi birliyi. □ Ərəb Dövlətləri Liqası.
2. İdman. Səviyyə baxımından bərabər olan və bir-biri ilə yarışan komandalar qrupu. □ Liqa çempionatı.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyi işlətmək, ondan istifadə etmək üçün qoyulan norma, hədd, ölçü; müəyyən sərhəd, hədd, hüdud, dərəcə. □ Maliyyə limiti. Limit müəyyənləşdirmək.
2. Riyaziyyat. Riyazi analizin əsas anlayışlarından biri. □ “Limit” terminini ilk dəfə İ. Nyuton işlətmişdir.
Azərbaycan dilinin izahlı lüğətiHüquq. Təbii sərvətlərdən istifadə etmək, bəzi sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmaq, xarici ticarət əməliyyatları aparmaq, hər hansı fəaliyyətin, elmi-texniki nailiyyətin ekoloji standartlara uyğunluğunu nəzarətdə saxlamaq üçün dövlət orqanları tərəfindən verilən xüsusi icazə və bu icazəni təsdiqləyən sənəd.
See also:
1. Eyni zamanda ixtisas təhsili verən orta məktəb; orta tipli ümumtəhsil ocağı. □ Liseydə oxumaq.
2. Avropanın bəzi ölkələrində ixtisaslaşmış orta məktəb. □ Lisey təhsili.
Azərbaycan dilinin izahlı lüğəti1. Orta əsrlərdə İngiltərədə monastırın gəzinti meydançası, daha sonra parlamentin aşağı palatasında gəzinti yeri, dəhliz. □ Lobbidə söhbətləşmək.
2. Cəmiyyətin müəyyən dairələrinin maraqlarını parlamentdə və ya hökumət qurumlarında müdafiə edən qrup, yaxud şəxslər; bir ölkənin başqa ölkədə müsbət imicini yaratmaq üçün təbliğat fəaliyyəti aparan qrup, şirkət və s. □ ABŞ-da lobbi hərəkatı. Azərbaycan lobbisi.
See also:
Maddi-texniki təminat; mal və xidmətlərin istehsalı prosesinin əvvəldən axıradək, yəni xammalın qəbulundan hazır məhsulun istehlakçıya çatdırılmasınadək bütün fəaliyyətin təşkili. □ Logistika fəaliyyəti.
Azərbaycan dilinin izahlı lüğəti1. Yerli, müəyyən edilmiş sərhəddən (ərazi, hissə, sahə və s.) kənara çıxmayan. □ Lokal döyüşlər.
2. Təsviri sənətdə – əsas, dəyişməz, verilən əşyaya xas olan (məs.: rəng, ton) bir şey. □ Lokal ton.
See also:
Hər hansı şirkətin, ticarət-sənaye birliyinin, kompaniyanın tam və ya qısaldılmış adını əks etdirən orijinal qrafik görüntü (yazı). □ Simvolik təsvir və ya şərti işarə səciyyəli emblemdən fərqli olaraq loqotipdə şirkətin adı hərflərlə göstərilir.
Azərbaycan dilinin izahlı lüğəti