1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan, hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. □ Keçilməz cəngəllik. Keçilməz dağ. Keçilməz yollar.
2. Məcazi mənada: son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında. □ Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! (H.Cavid).
3. Məcazi mənada: bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. □ Keçilməz günah.
1. Keçilməsi mümkün olmayan, yaxud çətin olan yerin halı. □ Kim isə – qibtələr yaşasın – deyə; Yalan bir varlığa heykəllər qurur; Kiminsə yolunu keçilməzliyə; Yönəltmək naminə tərif yoğurur. (M.Araz).
2. Məcazi mənada: bağışlanmaz, bağışlanması mümkün olmama, əfvedilməzlik.
Botanika. Zınqırovçiçəklilər fəsiləsindən ot bitkisi.
Azərbaycan oyun havalarından birinin adı. □ Təkçalma, uzundərə, keçiməməsi havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. (H.Sarabski).
İri uzunsov gilələri olan üzüm növü.
Azərbaycan dilinin izahlı lüğəti1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. □ Birtəhər keçinirəm. Qurdla qoyun bir yerdə keçinməz. (Atalar sözü).
2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. □ Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. (S.Rəhimov).
Ölmək. □ Səhər üzü idi, dağlardan əsən sübh küləyinin nəfəsi üşüdür, Afaq isə artıq keçinirdi. (Ə.Məmmədxanlı).
Azərbaycan dilinin izahlı lüğəti