Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

inkrustasiya [ink'rustasiya] isim lat. incrustatio – qabıqla örtülmə, oyma, bəzəmə

İncəsənət. Dekorativ-tətbiqi sənət sahəsi; mərmər, keramika, qiymətli metal, fil sümüyü, ağac, sədəf və s. parçaları əşyanın hamar səthinə yerləşdirməklə naxış və təsvirlər yaratma. □ İnkrustasiya ilə məşğul olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

inkvizisiya [ink'vizisiya] isim lat. inquisitio – axtarış, istintaq

1. Tarix. Orta əsrlərdə katolik kilsəsinin yaratdığı vəhşi və amansız cəza sistemi; həmin sistemi tətbiq edən məhkəmə, təşkilat. □ İnkvizisiya məhkəməsi.

2. Məcazi mənada: işgəncə, əzab, zülm. □ İnkvizisiyaya məruz qalmaq.

Azərbaycan dilinin izahlı lüğəti

inqrediyent [inqrediyent] isim lat. ingrediens – daxil olan < in – yönlük hal şəkilçisi + gradi – addımlamaq, irəliləmək

Mürəkkəb birləşmənin və ya məhlul qarışığının tərkibinə daxil olan maddələr. □ İnqrediyenti müəyyənləşdirmək.

Azərbaycan dilinin izahlı lüğəti

innovasiya [innavasiya] isim ing. innovation < lat. innovare – yeniləmək

1. Elmdə, iqtisadiyyatda və s.-də yenilik; texnoloji baxımdan təzə olan bir şey. □ İnnovasiya mərkəzi. İnnovasiyadan bəhrələnmək.

2. Təhsil və təlimdə yeni üsulların tətbiqi. Təhsildə innovasiya.

Azərbaycan dilinin izahlı lüğəti

insident [insident] isim lat. insidens – baş verən

Adətən, mənfi xarakterli hadisə, olay. □ Arzuolunmaz insident.

Azərbaycan dilinin izahlı lüğəti

insinuasiya [insinuasiya] isim lat. insinuatio – daxilə nüfuz etmək, içəriyə keçmək

Şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq. □ İnsinuasiya ittihamı.

Azərbaycan dilinin izahlı lüğəti

instansiya [instansiya] isim lat. instantia – bilavasitə yaxınlıq

İdarəetmə, məhkəmə və s. dövlət orqanları sistemində müəyyən pillə. □ Yerli məhkəmənin qərarı narazılıq doğurduqda yuxarı instansiyaya (Apellyasiya, Ali Məhkəmə və s.) şikayət verilir.

Azərbaycan dilinin izahlı lüğəti

instinkt [instink't] isim lat. instinctus – təhrik, sövqetmə

Qeyri-iradi, qeyri-şüuri reaksiya, hərəkət; sövq-təbii hiss, duyğu. □ Təhlükəsizlik instinkti.

Azərbaycan dilinin izahlı lüğəti

insult [insult] isim lat. insultare – atılmaq, hoppanmaq

Tibb. Beyində qan dövranının kəskin şəkildə pozulması. □ İnsult çox vaxt qəflətən huşun itirilməsi, beyinə qan sızması, iflic və s. ilə nəticələnir.

Azərbaycan dilinin izahlı lüğəti

inteqrasiya [inteqrasiya] isim lat. integratio < integer – bərpaetmə, tamamlama

1. Müxtəlif sistemlərin və ya sistemin hissə və elementlərinin bir-birinə qovuşması, uyğunlaşması. □ İnteqrasiya prosesi. İqtisadi inteqrasiya.

2. Pedaqogika. Təlimin müxtəlif məzmun komponentləri (fənlər, mövzular) arasında struktur əlaqələri qurmağı tələb edən didaktik prinsip. Təhsildə inteqrasiya.

Azərbaycan dilinin izahlı lüğəti

intellekt [intellek't] isim lat. intellectus – anlama, dərketmə

Ağıl, düşüncə, bilik, mühakimə; əqli səviyyə. □ İntellekt nümayişi.

Azərbaycan dilinin izahlı lüğəti

intendant [intendant] isim fr. intendant – idarə edən, müdir

Hərbi. Hərbi hissələrdə ordunun maddi (ərzaq, geyim) təminatına baxan zabit; təsərrüfat işlərinə baxan hərbi qulluqçu. □ İntendant vəzifəsi.

Azərbaycan dilinin izahlı lüğəti

intensiv [intensiv] sifət fr. intensif < lat. intensio – gərginlik, səy

Gərgin, davamlı, ara vermədən, dinamik. □ İntensiv çalışmaq.

See also:

coğrafiya: intensiv inkişaf Azərbaycan dilinin izahlı lüğəti

interaktiv [interak'tif] sifət lat. inter – arasında, qarşılıqlı + actives – fəaliyyət

Qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan. □ İnteraktiv kompüter oyunu.

See also:

jurnalistika: interaktiv bildiriş jurnalistika: interaktiv televiziya Azərbaycan dilinin izahlı lüğəti

interferensiya [interferensiya] isim lat. inter – arasında + ferens (ferentis) – daşıyıcı

1. Fizika. İşıq, səs, elektrik və istilik hadisələrində fiziki-bioloji dəyişiklik. □ İşıq interferensiyası.

2. Biologiya. Homoloji xromosomların bir sahəsində çarpazlanmanın (krossinqoverin) ona yaxın sahədə baş verəcək yeni çarpazlanmaya təsiri.

3. Tibb. Qarışıq infeksiyalarda bir virusun təsirinin digərinin təsirinə üstün gəlməsi.

4. Dilçilik. Hər hansı xarici təsirlə yaranan dil (tələffüz) hadisəsi. □ İnterferensiya hadisəsi.

Azərbaycan dilinin izahlı lüğəti