1. Arxaizm. Həzrətlər, cənablar, ağalar. □ ..Ya şeyx, buyurun, həzəratı məsələdən agah edin. (T.Ş.Simurq).
2. Arxaizm. Bir məclisdə, toplanışda və s.-də iştirak edən, hazır olan adamlara xitab, müraciət məqamında işlədilir – cənablar. □ ..Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm. (C.Cabbarlı).
1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı. □ Qaraş .. bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi. (M.İbrahimov).
2. Diafraqmanın əsəbdən sıxılması nəticəsində qırtlaqdan qeyri-ixtiyari olaraq çıxan qırıq səslər; gəyirmə. □ ..son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü. (Y.V.Çəmənzəminli).