1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. □ Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. (S.Rəhimov).
2. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. □ Beynəlxalq hadisə.
3. Əhvalat, vaqiə, macəra. □ Başıma belə bir hadisə gəlib.
See also:
1. Hüquq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. □ Xalq hakimi.
2. İdman. Oyunda, yarışda hakimlik edən şəxs. □ Futbol hakimi. Hakimin qərarı.
3. Tarix. Bir ölkənin başında duran, onu idarə edən şəxs (padşah, hökmdar, xan və s.). □ Gəncənin hakimi, Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi.. (M.S.Ordubadi).
4. Tarix. Sifət kimi: hakim təbəqələrə mənsub olan, hakimiyyət başında duran, hökmranlıq edən, ağalıq edən. □ Hakim siniflər.
See also: