1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. □ Mən hazıram, gedə bilərik.
2. Bir işi görməyə razı olan, həvəs, meyil göstərən. □ O bizimlə getməyə hazırdır.
3. Hazırlanmış; işlənməyə, istifadəyə yarar vəziyyətdə olan; tikilmiş və ya hazırlanmış halda satılan. □ Nahar hazırdır. Hazır paltar.
4. Qabaqcadan düşünülmüş, qabaqcadan fikirdə tutulmuş, hazırlanmış (söz, cavab və s. haqqında); hazırlanmış, yetişdirilmiş, öyrədilmiş, təlim keçmiş. □ Hazır cavab. Hazır mütəxəssis.
5. Söhbəti gedən yerdə olan, şəxsən orada iştirak edən.
6. Zərf kimi: indi ki, madam ki, lap yerində. □ Hazır gəlmisən, bu işi də gör.
See also:
1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. □ Yorğan-döşəyi hazırlamaq.
2. Hər hansı məqsəd üçün öyrətmək, lazımi bilik vermək, təlim etmək. □ Kadr hazırlamaq. Mütəxəssislər hazırlamaq.
3. Bir şeyi yerinə yetirmək, həyata keçirmək üzərində çalışmaq, əlləşmək. □ Rolunu hazırlamaq. Tamaşa hazırlamaq.
4. Xörək və s. bişmiş bişirmək, bişmiş hazır etmək. □ Xörək hazırlamaq.
5. Çay qoymaq. □ Gülsənəm arvad səhər tezdən qalxıb sobanı qalamış və oğlu üçün çay hazırlamışdı. (M.Hüseyn).
6. Süfrə salmaq, yemək-içmək üçün lazım olan hər şeyi süfrə üzərinə qoymaq. □ Süfrəni də nə zamandır; hazırlamış evdə nənə. (M.Dilbazi).
7. Sonradan işlətmək üçün tədarük etmək, ehtiyatını görmək, hazır etmək. □ Heyvanlar üçün yem hazırlamaq.
8. Bir iş görmək niyyətində olmaq, bir şey etməyə hazırlaşmaq, bir şey qurmaq. □ Hiylə hazırlamaq.
9. Qayırmaq, düzəltmək. □ Fabrik üsulu ilə məmulat hazırlamaq.
10. Qabaqcadan düşünüb yazmaq, tərtib etmək, hazır etmək. □ Ərizə hazırlamaq.
11. Qabaqcadan düşünüb nəzərdə tutmaq, hazır etmək, yadda saxlamaq. □ Cavab hazırlamaq.
12. Olmuş və ya gözlənilən acı bir hadisə xəbərini dərk etmək üçün birində qabaqcadan müvafiq əhvali-ruhiyyə yaratmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. “Hazırlamaq” feilinin məchul növü. □ Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. (Ə.Vəliyev).
2. Hazırlıq işləri aparılmaq. □ Qonaqları qarşılamağa hazırlanmaq.
3. Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. □ Bayrama hazırlanmaq.
4. Qayrılmaq, düzəldilmək. □ Əlavə çoxlu ehtiyat hissələri hazırlandı.