Bax: genişcə.
1. Arxaizm. Parıltılı və şax parça növü. 2. Sifət kimi: həmin parçadan tikilmiş. □ Gendədur tuman.
Döşü, sinəsi enli, gen olan; geniş sinəli. □ Gendöşlü at.
Döşün, sinənin genliyi.
1. Şəcərənin, nəslin tarixini öyrənən köməkçi tarix elmi. 2. Şəcərə, nəsil tarixi.
Genealogiyaya aid olan, genealogiya ilə əlaqədar olan. □ Dillərin genealoji təsnifatı.
Hərbi. Yüksək komanda heyəti üçün hərbi rütbə, habelə bu cür rütbəsi olan şəxs.
Ən yüksək hərbi rütbə, habelə həmin rütbəni daşıyan şəxs.
Ordunun ali komanda heyəti; generallar.
1917-ci il inqilabından əvvəl Rusiyada və bəzi ölkələrdə: bir və ya bir neçə quberniyanın yüksək hərbi-inzibati hüquqlara malik rəisi.
1. General-qubernator vəzifəsi. □ Gəncə general-qubernatorlu ğunu təklif edəndə uzun müddət razı olmamış, “mən həkiməm” – demişdi. (İ.Şıxlı). 2. 1917-ci il inqilabından əvvəl Rusiyada: general-qubernatorun idarə etdiyi inzibati-ərazi vahidi.
General rütbəsi, adı.
1. Biologiya. Heyvanların, bitkilərin, mineralların bütün üzvləri; nəsil. 2. Törəniş, törənmə, yenidən yaranma. □ Elektrik enerjisinin generasiyası.
1. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşın.
2. Generasiya hasil etmək üçün işlədilən müxtəlif cihazların, qurğuların adı. □ Siqnal generatoru. 3. Bərk və ya duru yanacağı qızğın qaz halına salmaq üçün aparat.
Generatoru olan. □ Generatorlu lampa.