1. Qayıtması mümkün olmayan yer; ölüm. □ Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə. (S.Rüstəm).
2. Məcazi mənada: qayıtması mümkün olmayan yer. □ Cavan gəlin, dul gəlin; Ollam sənə qul, gəlin; Bu yol gedər- gəlməzdir; Gəl, gözlərəm yol, gəlin. (Bayatı).
3. Məcazi mənada: sürgün. □ Iş kəsib, ömürlük göndərdilər gedər-gəlməzə. (Ə.Sadıq).
1. Mütləq getməli olan, qala bilməyən. □ Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı).
2. Müvəqqəti, daimi olmayan. □ Həqiqət eşqilə gəldik cahana; Onun hökmüylə də gedərgiyik biz. (S.Vurğun).
1. Bir yerdən başqa yerə hərəkət etmək. □ Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. (M.Hüseyn).
2. Məcazi mənada: əlaqəsini, dostluğunu davam etdirmək. □ Daha onlara gedib-gəlmir.
3. Məcazi mənada: ölüb-dirilmək. □ Hər adam neçə kərə dirili, dünyaya gəlib; Bu gedib-gəlməyin olmazmı məgər payanı? (S.Ə.Şirvani).
See also:
1. Getmə işi; getmə. □ Gəlişin istər aşiq; Heç istəməz gedişin. ( Sarı Aşıq).
2. Məcazi mənada: bir işin, hadisənin inkişafı, cərəyanı. □ Hadisələrin gedişi.
3. İdman. Kart, şahmat, dama və s. oyunlarda oyunçunun növbəti çıxışı. □ Növbəti gediş.
See also: