1. Coğrafiya. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. □ Aral gölü. Quşlar uçur göylərdə; Ördək üzür göllərdə. (A.Səhhət).
2. Süni surətdə düzəldilmiş böyük su anbarı, dəryaça. □ Mingəçevir gölü.
3. Kiçik göl, balaca göl, su və ya çirkab yığını. □ Küçədə göllər əmələ gəlmişdi.
4. Məcazi mənada: təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. □ Qəm gölündə üzmək.
See also:
1. Bəzi yerlər quru, bəzi yerlər su ilə dolu halda, su yığınları şəklində. □ Axan çay göl-göl olub burulur və sonra yenə açılıb gedirdi. (S.Rəhimov).
2. Məcazi mənada: su ilə dolu halda. □ Göl-göl olub sirişkim, gülzar olub kənarım; Mən neyləyim baharı, ya bağü lalzarı. (S.Ə.Şirvani).