1. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçirən yırtıcı məməli heyvan.
2. Məcazi mənada: altdan-altdan iş görən; ziyankar. □ Yuxuma qara-qura gətirən goreşən, saman altdan su yeridən Yastı Salmandır. (M.İbrahimov).
1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq.
2. İnsan və ya heyvan rüşeymini ananın bədəni ilə birləşdirən və rüşeymin qidalanmasına vasitə olan boru.
3. Məcazi mənada: bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. □ Dünyanın göbəyi.
4. Səbəbkar, bais mənasında. □ Bütün bu işlərin göbəyi Tofiqdi. (M.İbrahimov).
5. Köhnə məişətdə: cəhalət və nadanlıq əlaməti olaraq xəstə, yaxud uşağı olmayan qadınların göbəkləri ətrafına yazılan dua.
See also: