1. Gigiyenaya aid olan, gigiyena ilə əlaqədar olan. □ Gigiyenik tədbirlər. 2. Gigiyena qayda və tələblərinə cavab verən. □ Gigiyenik kostyum.
Çox böyük, çox iri, nəhəng, azman.
Biologiya. Çox böyük sürətlə boy ataraq mövcud normalardan kənara çıxma (insan, heyvan və ya bədənin ayrı-ayrı üzvləri haqqında).
Böyüklük, yekəlik, nəhənglik, azmanlıq.
1. Geologiya. Yer səthində və ya altında olan, yaş halda özlü kütləyə çevrilən çöküntü süxuru (dulusçuluq, heykəltəraşlıq və tikintidə işlədilir). □ Qırmızı gil. Gil məhlulu.
2. Bax: gilabı.
See also:
Keçmişdə paltar və baş yumaq üçün sabun əvəzinə işlədilən gil növü. □ Sarı gilabı. Göy gilabı.
Arxaizm. Keçmişdə əyalətləri gəzərək gilabı satmaqla məşğul olan adam. □ Gilabısatan xüsusi yoxsul adamlar olardı. (H.Sarabski).
Dialekt. Qapını bağlamaq üçün arxasına keçirilən taxta və ya dəmir; kilid.
Ağ, sarı, qırmızı və qara növləri olan çəyirdəkli şirin meyvə və bu meyvənin ağacı. □ Gilas mürəbbəsi. Gilas şirəsi.
Çoxlu gilas ağacı əkilmiş yer; gilas bağı. □ Gilaslığı suvarmaq.
Coğrafiya. Cənub və cənub-şərqdən əsən külək.
Gilə-gilə, damcı-damcı, dənə-dənə (göz yaşı haqqında). □ Kişi əməlli-başlı ürəkdən ağlayır, gildir-gildir göz yaşı tökürdü. (İ.Hüseynov)
Narazılıq, şikayət. □ Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. (Çəmənzəminli).
Bax: giley.
Narazılıq, şikayət. □ Sadıq, bizim arvad məndən çox giley-güzarlıq elədi? (S.Rəhman).