1. Rəqəmsal fotoaparatda plyonkanı əvəz edən kart. □ Şəkilləri fləşkarta köçürmək.
2. Rəqəmsal informasiyanın yazılması və saxlanması üçün elektron yaddaş qurğusu.
F-K.-lardan foto və videokameralarda, mobil telefonlarda, kompüterlərdə, digər elektron cihazlarda geniş istifadə olunur; məsələn, rəqəmsal fotoaparatlarda onlar lenti əvəz edir. □ İnformasiyanı flaşkarta yazmaq.
Azərbaycan dilinin izahlı lüğətiMəyusluq, insan üçün əhəmiyyətli problemlərin həllində qarşıya çıxmış və obyektiv olaraq dəfedilməz (və ya subyekt tərəfindən məhz bu cür qəbul edilən) çətinliklərin doğurduğu ruhi vəviyyət, psixi hal. □ Frustrasiya vəziyyəti.
Azərbaycan dilinin izahlı lüğətiHakerliyin növlərindən biri, gizli informasiyanın “qarmağa keçirilməsi”; internet dələduzluğu.
Əsas işi bank rekvizitləri ilədir. Niyyəti parolları öyrənərək istifadəçinin pul vasitələrini ələ keçirməkdir. □ Frişinqə görə görə cəza.
Azərbaycan dilinin izahlı lüğətiHadisə, fövqəladə hal; müəyyən hadisə (yanğın, təbii fəlakət, müharibə, blokada və s.) nəticəsində tərəflərdən hər hansı birinin öz öhdəliklərinə tam və yaxud qismən əməl edə bilməməsi, təəhhüdlərin ödənilməsinin tam və ya qismən qeyri-mümkünlüyü.
Hər iki tərəf hər hansı bir konkret hadisə zamanı öz mənafeyi üçün F.-m. ifadəsi altında nəyi nəzərdə tutduğunu qabaqcadan müəyyənləşdirməlidir. □ Fors-major faktı.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyin fərqləndirici xüsusiyyəti, ən mühüm detalı.
Məsələn, bir şəhərin qədim bazar meydanında hündür minarəli məscidi onun F.-i ola bilər. □ Londonun fiçeri.
2. Sifətin ən nəzərəçarpacaq detalı; ekranda görünən, yaxud yazıda təsvir edilən və insanın xarici görünüşü, bəzən hətta xarakteri haqqında təsəvvür yaradan cizgisi.
Məsələn, qabağa çıxmış iri çənə, yaxud halqa keçirilmiş burun və s.
3. Konkret mövzuda ətraflı təsvirdən ibarət qəzet-jurnal məqaləsi, auditoriyada böyük maraq doğuran orijinal reportaj, televiziya verilişi, yaxud onun hissəsi. □ Sensasiya doğuran fiçelər.
Azərbaycan dilinin izahlı lüğəti