Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fotoqalereya [fotoqalereya] isim yunan/fransız

1. Jurnalistika. Fotoşəkillər silsi­ləsinin nü­mayiş etdirildiyi yer, otaq, bina.

2. Jurnalistika. Xüsusi yerdə nümayiş etdirilən foto­şəkillər silsilə­si, fotosərgi.

3. Jurnalistika. İnternetdə bir müəllifin çəkdiyi, yaxud hər hansı ortaq xüsusiyyətə malik fotoşəkillərin yerləş­di­rildiyi veb-sə­hifə, sayt bölməsi.

Azərbaycan dilinin izahlı lüğəti

fotomənzərə [fotomənzərə] isim yunan

1. Jurnalistika. Təbiət mənzərəsini, ictimai əhəmiyyət daşımayan, lakin oxucuda (tamaşaçıda) maraq doğuran faktı, hadisəni təsvir edən fotoşəkil.

2. Jurnalistika. Foto­jurnalistika janr­la­rın­­dan biri. 

Azərbaycan dilinin izahlı lüğəti

fotooçerk [fotooçerk'] isim yunan/rus

1. Jurnalistika. Eyni mövzunu müx­təlif yönlərdən işıqlandıran, yaxud eyni qəh­rəmanın həyatının müxtəlif anlarını təsvir edən fotoşəkillər silsiləsi, foto­he­kayət.

2. Jurnalistika. Fotojurnalistikanın publisistik janr­larından biri.

Azərbaycan dilinin izahlı lüğəti

fotoportret [fotopartret] isim yunan/fransız

1. Jurnalistika. Hər hansı şəxsin xarakterini, yaxud xarakterinin bir cizgisini qabarıq nümayiş etdirən fo­toşəkil.

2. Jurnalistika. Fotojurnalistikanın publisistik janrlarından biri.

Azərbaycan dilinin izahlı lüğəti

fotoseriya [fotoseriya] isim yunan/latın

1. Jurnalistika. Müəyyən ardıcıllıqla düzülmüş, vahid əsər kimi qavranılan fotoşəkillər sil­siləsi.

2. Jurnalistika. Fotojurnalistika janrlarından bi­ri.

Azərbaycan dilinin izahlı lüğəti

frilanser [frilanser] isim ingilis

Jurnalistika. Da­imi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar.

Azərbaycan dilinin izahlı lüğəti

Fanerozoy [fanerazoy] isim yunan

Geologiya. Yerin geoloji tarixində çox uzun mərhələ, iki eondan biri.

Azərbaycan dilinin izahlı lüğəti

fasiya [fasiya] isim latın

1. Geologiya. Çökmə süxurun formalaşmasına şərait yaradan fiziki-coğrafi şərtlərin məcmusu.

2. Coğrafiya. Coğrafi landşaftın bölünməz, ən bəsit morfoloji vahidi, təbii kompleksin ən kiçik hissəsi.

Azərbaycan dilinin izahlı lüğəti

ferroərinti [ferroərinti] isim yunan

İqtisadiyyat. Dəmirin digər kimyəvi elementlərlə qarışıq ərintisi.

Azərbaycan dilinin izahlı lüğəti

fiksizm [fik'sizm] isim latın

Geologiya. Geologiyada elmi istiqamət, kontinentlərin Yer səthində dəyişməz, fiksə edilmiş mövqeyə malik olduqlarını iddia edən konsepsiya.

Azərbaycan dilinin izahlı lüğəti

fillit [fillit] isim yunan

Geologiya. Strukturu və tərkibinə görə gilli və şistli süxurlar arasında keçid təşkil edən metamorfik dağ süxuru.

Azərbaycan dilinin izahlı lüğəti

fiord [fiyort] isim latın

Coğrafiya. Böyük məsafədə qurunun içərilərinə doğru uzanan ensiz, dərin, yamacları dik dəniz körfəzi.

Azərbaycan dilinin izahlı lüğəti

firn [firn] isim alman

Coğrafiya. Qar xəttindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, hava soyuyanda isə donması nəticəsində əmələ gələn buz kristalları.

Azərbaycan dilinin izahlı lüğəti