1. Bir sənət kimi fotoqrafiya ilə məşğul olan adam; fotoqrafçı, şəkilçəkən. □ "Mingəçevir inşaatçısı” qəzeti öz fotoqraf və müxbirlərini də bu dəstəyə qoşmuşdu. (Ə.Sadıq).
2. Şəkilləri çəkmək və hazırlamaq üçün emalatxana; fotoqrafxana. □ ..ata və anası Mayanı yaxşı-yaxşı geyindirib fotoqrafa apardılar. (M.İbrahimov).
1. Fotoqrafiya üçün olan, fotoqrafiyaya aid olan. □ Fotoqrafik kamera.
2. Fotoqrafiya vasitəsilə alınan, fotoaparatla çəkilən. □ Fotoqrafik şəkil. Fotoqrafik reproduksiya.
3. Həyatda, həqiqətdə olduğu kimi, necə var elə; obyektivcəsinə, naturalistcəsinə. □ Hadisənin fotoqrafik təsviri.
See also: