1. Fışqıraraq çıxan suyun, mayenin, qazın, buxarın və s.-nin çıxardığı xəfif səs; şırıltı. □ Borulardan fışıltı ilə qalxan buxar göy üzündə əriyib yox olurdu. (H.Seyidbəyli).
2. Püskürmə, püskürtü.
3. İlanın çıxardığı səs. □ Gürzənin fışıltısı.
1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs.
2. Bu cür səs çıxarmaq üçün alət; fıştırıq.
3. Bəzi quş və heyvanların çıxardığı eyni tembrli və tonlu səs.