1. Fırıldaq işlədən, kələkbaz, hiyləbaz, adamaldadan, haramzadə, aferist adam. □ ..Fırıldaqçılara, .. Muxtar Qaradağlı kimi üzdəniraq mütəxəssis ferma müdirinə aman yoxdur! (B.Bayramov).
2. Sifət kimi: fırıldaq işlədən, kələkbaz, hiyləbaz, adamaldadan, haramzadə, aferist. □ Fırıldaqçı adam.
1. Fırlandırmaq, dolandırmaq, hərləndirmək. □ Tahir sükanı qaba və kəskin hərəkətlərlə o yan-bu yana fırlayır, maşının.. hərəkətinə mane olurdu. (M.Hüseyn).
2. Bir şeyi şiddətlə və saymazyana atmaq, tullamaq, tolazlamaq; atmaq.
3. Yerindən oynamaq, pırtlamaq. □ Gözləri yerindən fırladı.
1. Üfüqi və ya şaquli fırlanan attraksion növü. □ Fırlanğıca minmək.
2. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq.
3. Qazma qurğusunun fırlanan mili. □ Gilli məhlul nasoslardan tənzimedici kondensatorlara, oradan da rezin və ya elastik metal şlanq və fırlanğıcdan keçərək qazma kəmərinə daxil olur. (S.Quliyev).