1. Müraciət, çağırış üçün işlənən, haraylama, haylama nidası. □ Ey oğul! Ey dost! Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!.. (C.Məmmədquluzadə).
2. İntonasiyadan asılı olaraq bəzən etiraz, narazılıq, istehza bildirir. □ Nə var, ey! Bir desən nə istəyirsən? Balam, tovlayırsan bizi yenə sən. (S.Vurğun).
Bax: eyi.
See also:
1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir, bədəninin bir yerində nöqsan olan. □ Eybəcər qız. Eybəcər uşaq. Eybəcər gözlü qız.
2. İsim kimi: xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. □ Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (Atalar sözü).
3. Məcazi mənada: təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi, xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin. □ Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. (M.Hüseyn).
1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. □ Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. (M.Hüseyn).
2. Məcazi mənada: kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. □ Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? (S.Rəhimov).