1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq. □ Eşşək qulağından, ayı pəncəsindən, insan əməlindən tanınar. (Atalar sözü).
2. İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müvəqqəti dayaq, dirək. □ Körpünün orta eşşəyi sındı.
3. Vulqarizm. Məcazi mənada: qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlənir). □ Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! (Ə.Haqverdiyev).
4. İdman. Gimnastika hərəkətləri üçün üzərinə meşin çəkilmiş, hündür dayaqlı tir.
See also:
Uşaqların dombaltma durub biri-birinin belindən atılaraq oynadıqları oyun; atlanbac. □ Eşşəkbelisındırdı Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biridir.
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Eşşəklərə baxan, xidmət edən mehtər. □ Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? (Ə.Haqverdiyev).
2. Eşşəyə minmiş adam. □ Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. (C.Məmmədquluzadə).
3. Eşşək ilə yük daşıyan, eşşək üstə xırda alver edən adam.