1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. □ Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix).
2. Böyük tarixi əhəmiyyəti olan dövr. □ İslam mədəniyyətinin meydana gəlməsi ilə bəşəriyyət mənəviyyatı tarixində yeni bir era açıldı.
3. Geologiya. Eonların bölündüyü geoxronoloji vaxt vahidi. □ Yerin Günəşdən ayrıldığı vaxtdan etibarən keçirdiyi tarix müxtəlif era və dövrlərə ayrılır. (M.Qaşqay).
See also:
1. Kişi cinsinə mənsub fərd. □ Erkək itin qarnı tox gərək. (Atalar sözü).
2. İsim kimi: erkək qoyun, qoç. □ Erkək əti.
3. İsim kimi: kişi mənasında. □ ..Qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. (T.Ş.Simurq).
4. Məcazi mənada: kişi kimi möhkəm, güclü. □ Ceyran istehsalatda çalışan erkək ruhlu, gülərüzlü bir yoldaş idi. (S.Hüseyn).
5. Məcazi mənada: qaba, kobud, nəzakətsiz mənasında. □ Erkək zarafatı eləmək.
See also: