1. Ədəbiyyatşünaslıq. Makedoniyalı İsgəndərin Şərqi istilasından sonra başlanan qarışıq yunan-Şərq mədəniyyətinin çiçəklənməsi dövrü. □ Tarixçilər Makedoniyalı İsgəndərin hakimiyyət illərindən başlayaraq imperatorluğun xərabələri üzərində qurulmuş dövlətlərin Roma idarəsi altına keçməsinə qədər olan dövrü şərti olaraq ellinizm dövrü adlandırırlar. (Ə.Sultanlı)
2. Qədim yunan dilindən başqa dillərə keçmiş söz və ya ifadə.
1. Riyaziyyat. Konus, ya silindrin müstəvi ilə kəsişməsindən hasil olan qapalı əyri xətt, bir cismin bu qapalı əyri xətti xatırladan çevrəsi. □ Yerin orbiti ellips formasında olduğu üçün onunla Günəş arasındakı məsafə həmişə eyni qalmır.
2. Dilçilik. Cümlədə, asanlıqla anlaşılan sözün buraxılmasından ibarət ritorik üsul.
1. Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. □ Humanitar elm. Riyaziyyat elmi. Texniki elmlər. İctimai elmlər.
2. Oxumaqla əldə edilən bilik, məlumat. Bəzən savad, məlumat mənasında. □ Elm ağlın çırağıdır. (Atalar sözü).
3. İnsan biliklərinin müəyyən bir sahəsi (bir peşə kimi). □ Elmlə məşğul olmaq. Həyatını elmə sərf etmək.
4. Bəzən savad, məlumat mənasında. □ Onun elmi yoxdur.
See also:
1. Elmə aid, elmlə əlaqədar, elmin hər hansı bir məsələsi, sahəsi ilə məşğul olan. □ Elmi əsər. Elmi kəşf. Elmi fəaliyyət. Elmi idarə. Elmi cəmiyyət.
2. Elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. □ Elmi nəzəriyyə. Elmi mühazirə. Elmi ekspedisiya. Elmi konfrans.
See also: