1. İnsan və heyvan ayağının dal hissəsi. □ Çox gəzməkdən dabanlarım sızıldayır.
2. Ayağa geyilən şeylərin arxa hissəsi; ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. □ Corabın dabanını yamamaq. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. (C.Məmmədquluzadə).
3. Bir daban bərabərində uzunluq. □ Gülsənəm arvad Cəmilin... bir ildə azı bir daban uzandığını görüb sevindi. (M.Hüseyn).
4. Dəfə, kərə. □ Üç daban getmək.
5. Tüfəng, tapança kimi silahların çaxmağı, tətiyi. □ Tüfəngi dabana çəkmək.
6. Dialekt. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
7. Qapının, pəncərənin, darvazanın alt böyründə olub, çərçivəyə girən və yuvasında dönə bilən çıxıntı. □ Qapının dabanı. ...Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. (M.İbrahimov).
See also: