Bax: dazlaşdırmaq.
Daz hala salmaq, başının tüklərini tökmək.
Bax: dazlaşmaq.
1. Daz hala düşmək, başının tükləri tökülmək. □ Başı dazlaşmaq. 2. Otsuz, bitkisiz hala gəlmək; yarpaqlar tökülmək. □ Çöl dazlaşmışdır. Ağaclar dazlaşmışdır.
1. Daz olmuş başın halı; tüksüzlük. □ Başın dazlığı. 2. Bitkisizlik, çılpaqlıq.
Mühasibat. Mühasibat dəftərlərində bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesab.
Tibb. Psixi inkişafın ləngiməsi, psixi xəstəliyin nisbətən yüngül forması olan adam.
Tibb. Psixi inkişafın ləngiməsi, psixi xəstəliyin nisbətən yüngül forması. □ Yaşı artdıqcan uşağın debilliyi üzə çıxırdı.
Geologiya. Bir zaman vahidi ərzində su, neft, qaz və s. mənbəyinin verdiyi suyun, neftin, qazın və s.-nin miqdarı. □ Neft quyusunun debiti. Artezian quyusunun debiti.
Müəyyən debitə malik olan. □ Az debitli köhnə quyular.
Mühasibat. Borclu (müəssisə, idarə və s.). □ Debitorların siyahısı.
İlk dəfə çıxış edən aktyor və ya idmançı.
Bir şəxs və ya şey haqqında adamlar arasında gedən söz-söhbət, danışıq, şayiə. □ Bu hadisə bütün məhəllədə dedi-qoduya səbəb oldu. (M.Hüseyn).
See also:
Dedi-qodu ilə məşğul olan; sözgəzdirən. □ Dedi-qoduçu adam.
Dedi-qoduçu adamın xasiyyəti, peşəsi.