Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

darvaza1 [darvaza] isim fars

1. Əsasən nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqapı. □ Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Atalar sözü).

2. Qədim şəhərlərin, qalaların hasarındakı böyük qapı.

darvaza2 [darvaza] isim

Coğrafiya. İki qonşu dağlıq ölkəni bir-birindən ayıran geniş dağ keçidi, yaxud iki quru parçasını ayıran geniş su keçidi, boğaz.

See also:

frazeologizm: darvazasını fələk vurub Azərbaycan dilinin izahlı lüğəti

dasit [dasit] isim latın

GeologiyaMaqmatik süxur; qranodioritlərin və kvarslı dioritlərin effuziv analoqu.

Azərbaycan dilinin izahlı lüğəti

daş [daş] isim

1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim, süxur; həmin kütlənin tikinti materialı kimi işlədilən ayrı-ayrı kiçik hissəsi, parçası. □ Küçələrə daş döşəmək. Artıq tamah daş yarar, daşı qayıdar baş yarar. (Atalar sözü)
2. Bıçaq və s. itiləmək üçün bülöv, ya daş çarx.
3. Kitabə, başdaşı, qəbirdaşı. □ Ara-sıra ərəb hərfləri ilə yazılan daşlar da nəzərə çarpırdı... (S.Hüseyn)
4. Daşdan düzəldilmiş, daşdan tikilmiş, daşdan hörülmüş, daşdan yonulmuş; daş döşənmiş, daşla örtülmüş. □ Daş ev. Daş hasar. Daş pilləkən. Daş körpü. Daş küçə.
5. Bəzək üçün işlədilən firuzə, yaqut, almaz, brilyant və s.-yə verilən ümumi ad; daş-qaş. □ Sibir daşı. Üzüyün daşı.
6. Dama, nərd və b. oyunlarda ağac, sümük və s.-dən düzəldilmiş fiqurlardan hər biri.
7. Şahmat oyununda piyadalardan əlavə olan səkkiz fiqur. □ Şah şahmat oyununda əsas daş hesab olunur.
8. Hesab sayğacındakı dənələrdən hər biri. □ Hesabdar bir-birinin arxasınca daha üç daş çəkdi.
9. Tərəzi daşı. □ Birkiloluq daş.
10. Tibb.  Bədənin bəzi daxili orqanlarında – böyrəkdə, qara ciyərdə, öd kisəsində və s.-də yığılıb daşlaşan maddə. □ Qara ciyərdə daş əmələ gəlmək. Böyrəyində daş var.
11. Məcazi mənada: rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, çox sərtlik, hissizlik. □ Daş ürək.
12. Məcazi mənada: çox bərk, çox sərt, çox möhkəm şey haqqında (çox vaxt “kimi” sözü ilə). □ Yollar buz bağlayıb, daş kimi bərkimişdi. (M.Hüseyn)
Qeyd: ...daş – bir sıra isimlərə qoşularaq birgəlik, şəriklik bildirir; məs.: yoldaş, sirdaş, silahdaş, məsləkdaş.

See also:

frazeologizm: ağır daşdan yapışmaq frazeologizm: ağzı aşa çatanda başı daşa çatmaq frazeologizm: ağzına daş basmaq frazeologizm: alnı əlhəd daşına dəyməyib frazeologizm: aşı daş çıxmaq frazeologizm: ayağından daş asılmaq frazeologizm: ayağının altına daş qoymaq frazeologizm: bağrı daşa dönmək frazeologizm: baltası daşa dəymək frazeologizm: başı daşa dəymək frazeologizm: başı daşdan-daşa dəymək frazeologizm: başı əlhəd daşına dəyməyib frazeologizm: başıma haranın daşını salım (töküm) frazeologizm: başımı hansı daşa döyüm frazeologizm: başına daş salmaq frazeologizm: başını daşa döymək frazeologizm: bir adamın toyuğuna “kiş” deməz (daş atmaz) frazeologizm: bir daş altda, bir daş üstdə frazeologizm: cavanlığın daşını atmaq frazeologizm: çörəyi daşdan çıxmaq frazeologizm: dabanına daş dəymək frazeologizm: daldan atılan daş frazeologizm: danışanın ağzına daş basmaq frazeologizm: daş atıb başını tutmaq frazeologizm: daş atmaq frazeologizm: daş dəymiş ayıya dönmək frazeologizm: daş dığırlatmaq frazeologizm: daş düşəydi (yağaydı) frazeologizm: daş hasar arxasında frazeologizm: daş kimi düşmək frazeologizm: daş qayaya rast gəlib frazeologizm: daş qoyan yerə baş qoymaq frazeologizm: daş olub quyuya düşmək frazeologizm: daş olub ürəkdən asılmaq frazeologizm: daşdan cavab istəmək frazeologizm: daşdan çörək (pul) çıxarmaq frazeologizm: daşdan keçmək frazeologizm: daşdan səs çıxdı, ondan yox frazeologizm: daşdan yumşaq frazeologizm: daşı ağır olmaq frazeologizm: daşı dalında gizlətmək frazeologizm: daşı daş üstə qalmamaq frazeologizm: daşı daş üstə qoymamaq frazeologizm: daşı ətəyindən tökmək frazeologizm: daşı sıxsa, suyunu çıxarar frazeologizm: daşın böyüyündən yapışmaq frazeologizm: daşın haradan atıldığını bilmək frazeologizm: daşını atmaq frazeologizm: daşlar dilə gəldi frazeologizm: dəlinin yadına daş salmaq frazeologizm: dibinə daş atmaq frazeologizm: dilindən daş asılmaq frazeologizm: elə bil qurbağa gölünə daş atdılar frazeologizm: əli daş altında qalmaq (olmaq) frazeologizm: əlində daş saxlamaq frazeologizm: əlini daşın altına qoymaq frazeologizm: ətəkdə daş saxlamaq frazeologizm: heç kəsin toyuğuna daş atmamaq frazeologizm: iki daşın arasında frazeologizm: işi daşdan keçmək frazeologizm: iti açıb daşı bağlamaq frazeologizm: kasıblığın daşını atmaq frazeologizm: kəsək oturub daş üçün ağlayır frazeologizm: kisəsinə daş atmaq frazeologizm: kökünə daş atmaq frazeologizm: külüngü daşa dəymək frazeologizm: qabağına daş dığırlamaq (yumalamaq) frazeologizm: qara daşı yastıq etmək frazeologizm: qaranlığa daş atmaq frazeologizm: qaranlıq quyuya daş atmaq frazeologizm: qələmi daşdan keçmək frazeologizm: qurbağa gölünə daş atmaq frazeologizm: məhək daşı frazeologizm: o günə daş düşəydi (yağaydı) frazeologizm: oğrunun yadına daş salmaq frazeologizm: oxu daşa dəymək frazeologizm: sözü daşdan keçmək frazeologizm: subaylığın daşını atmaq frazeologizm: təməl daşı qoymaq frazeologizm: ürəyi daşa dönmək frazeologizm: ürəyindən daş asılmaq frazeologizm: ürəyinə daş bağlamaq frazeologizm: ürəyini daş eləmək frazeologizm: üzü daşdan bərk olmaq frazeologizm: üzüyuxarı daş aparmaq frazeologizm: vurdu daşa, çıxdı başa frazeologizm: yetənə yetir, yetməyənə bir daş atır frazeologizm: yol quşunu yol daşı ilə vurmaq coğrafiya: buynuz daşı coğrafiya: çaqıl daşı coğrafiya: Daş əsri coğrafiya: Daş kömür dövrü coğrafiya: sumbata daşı coğrafiya: yəhudi daşı Azərbaycan dilinin izahlı lüğəti