Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dar1 [dar] sifət

1. Ensiz. □ Dar küçə. Dar yol. Dar keçid.
2. Çox sıx, sıxıcı, tarım. □ Dar köynək. Dar ayaqqabı.
3. Kiçik, balaca. □ Əslinə baxsan, bu dar həyətdə nə günəşli bir yer, nə də tamaşalı bir şey vardı. (Ə.Əbülhəsən)
4. Məcazi mənada: əhatəsi geniş olmayan; məhdud, birtərəfli. □ Dar düşüncə. Dar elmi sahə.
5. Məcazi mənada: çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib (bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir). □ Vaxt çox dar idi. Bu dar vaxtı sən getmə. (C.Cabbarlı)

dar2 [dar] isim fars

Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. □ Dar ağacını da təpənin üstündə qurublar. (“Koroğlu”)

dar3 [dar] isim ərəb

Klassik ədəbiyyatda “ev”, “məskən”, “məhəl”, “məkan” mənalarında bir sıra tərkiblərdə işlənmişdir.
Qeyd: ...dar. Bəzi isimlərin axırına gətirilərək onlara müxtəlif məna verən fars mənşəli şəkilçi; məsələn, evdar, əməkdar, mülkədar, binəkdar, məhsuldar və s.

See also:

frazeologizm: axşamın dar vaxtı frazeologizm: dar ağacı qurmaq frazeologizm: dar ağacına çəkmək frazeologizm: dar ayaqda frazeologizm: dar köynəkdən qurtulmaq frazeologizm: dar vaxtı frazeologizm: dara çəkmək frazeologizm: dünya başına dar olmaq frazeologizm: dünyanı başına dar eləmək frazeologizm: gen dünya başına dar olmaq frazeologizm: gen yerini dar eləmək Azərbaycan dilinin izahlı lüğəti