1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan. □ Damğa vurmaq.
2. Tarix. Qədim müstəbid dövlətlərdə caninin bədəninə qızdırılmış dəmirlə basılan nişan.
3. Möhür, nişan. □ Malın üstündə fabrikin damğası var.
4. Damğa basmaq üçün alət.
5. Məcazi mənada: ləkələndirici, təhqiredici, alçaldıcı söz və s.
See also:
1. Damğası olan, dağ basılmış. □ ...Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. (S.Rəhimov).
2. Məcazi mənada: ləkəli, üstündə ləkə olan, eyibli, nöqsanlı. □ Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən. (İ.Hüseynov).