1. Çoxlu damarı olan. □ Damarlı ət.
2. Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən. □ Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı. (S.Rəhimov).
3. Məcazi mənada: namuslu, qeyrətli, iradəli, sözünün üstündə duran. □ Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. (A.Səhhət).