1. Dövlət, hökumət, partiya, təşkilat adından rəsmi və ya təntənəli bəyanat. □ İstiqlal deklarasiyası.
2. Bəzi rəsmi sənədlərin hüquqi əhəmiyyətə malik məlumatlarla birlikdə adı. □ Gömrük deklarasiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Hadisələrin cərəyan etdiyi məkanın və şəraitin teatr səhnəsində, televiziya tamaşasında rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri, qurulması. □ Tamaşanın dekorasiyası.
2. Səhnə tərtibatı, bütövlükdə səhnənin, film çəkilən məkanın və s. bədii tərtibatı. □ Dekorasiyanı dəyişmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı. □ Torpaq haqqında dekret.
2. İşləyən qadına hamiləliyinə görə verilən məzuniyyət; analıq məzuniyyəti. □ Dekretə çıxmaq.
See also:
Bu və ya digər məqsədə çatmaq (məs.: kütləni öz tərəfinə çəkmək, populyarlıq qazanmaq) üçün yalançı vədlərdən, şirnikləndirmə üsullarından, yalandan və yaltaqlıqdan istifadə; qəsdən faktları təhrif etmə və s. □ Demaqogiya ilə məşğul olmaq.
Azərbaycan dilinin izahlı lüğəti