1. Daxilə, içəriyə aid və mənsub olan; bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç. □ Daxili müqavimət. Daxili əlamətlər. Daxili xüsusiyyətlər.
2. Bir dövlətin, idarənin, təşkilatın və s.-nin öz daxilindəki həyat və fəaliyyətinə aid olan. □ Daxili siyasət. Daxili bazar. Daxili vəziyyət. Daxili intizam qaydaları.
3. İnsanın psixi fəaliyyətinə aid olan, insanın psixikasında baş verən; dəruni. □ Daxili hiss. Daxili narahatlıq. Daxili həyəcan keçirmək.
See also:
1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. □ Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. (S.M.Qənizadə).
2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam. □ Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. (M.İbrahimov).
3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). □ Öz daxmanda otur. Daxmamıza gedək.
See also:
1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. □ Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü.
2. Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. □ Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. (S.Vurğun)
3. Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. □ Xalqlar arasında daimi sülh və əmniyyət.
4. Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. □ Daimi məşq.
See also:
Haqqında, barəsində, xüsusunda, aid, əlaqədar (adətən yönlük halda olan isimdən sonra gəlir). □ Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər... sadəcə bir bəhanə idi? (M.Hüseyn).
See also: