1. Orqanizmin doğub-törəmə prosesilə bilavasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücudların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri; müəyyən cinsə mənsubiyyət; qadın, ya kişi, erkək, ya dişi. □ Kişi cinsi. Qadın cinsi. Cins cinsini həmişə cəlb eylər; Yoxdu bu işdə söhbəti digər. (S.Ə.Şirvani).
2. Nəslən keçən müəyyən əlamət və xüsusiyyətlərə malik ev heyvanları və ya başqa heyvanlar qrupu. □ Qarabağ cinsindən olan at. İt cinsi.
3. Sifət kimi: yaxşı cinsdən olan, əsilli. □ Cins madyan balanı döşündə saxlar. (Atalar sözü).
4. Soy, nəsil, mənşə, əsil-nəsəb.
5. Növ, çeşid. □ Ənva cins və nəslə mənsub qədəhlər qalxdı, araq boğazları qıcıqlayaraq keçib getdi. (Y.V.Çəmənzəminli).
Pambıqdan toxunan qalın və davamlı parça növü. □ Cins şalvar.
See also: