Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cənub-qərb [cənup-qərp] isim

Coğrafiya. Üfüqün cənubla qərb arasındakı hissəsi, səmti; ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən hissəsi. □ Cənub-qərbə gedən yol. Avropanın cənub-qərbi.

Azərbaycan dilinin izahlı lüğəti

cənub-şərq [cənup-şərk'] isim

Coğrafiya. Üfüqün cənubla şərq arasındakı hissəsi, səmti; ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən hissəsi. □ Cənub-şərqə tərəf istiqamət almaq. Afrikanın cənub-şərqi.

See also:

coğrafiya: cənub-şərq passatı Azərbaycan dilinin izahlı lüğəti

cərəyan1 [cərəyan] isim

1. Coğrafiya. Suyun öz məcrası ilə axması, axın; dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınının özü. □ Dəniz cərəyanları. İsti cərəyan. Soyuq cərəyan.

2. Coğrafiya. Atmosferdə daimi və dövri hava axını.

cərəyan2 [cərəyan] isim

Fizika. Elektrik yükünün hərəkəti; elektrik enerjisi. □ Yüksəktezlikli cərəyan. Cərəyanın gücü.

cərəyan3 [cərəyan] isim

Məcazi mənada: ədəbi-bədii və ya ictimai, siyasi hadisə. □ Satirik cərəyan. "Kəşkül" səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. (M.İbrahimov).

See also:

coğrafiya: baroqradiyent cərəyan coğrafiya: dreyf cərəyanı coğrafiya: kompensasiya cərəyanı coğrafiya: külək cərəyanı coğrafiya: musson cərəyanları coğrafiya: okean cərəyanları coğrafiya: passat cərəyanları Azərbaycan dilinin izahlı lüğəti

cərgələmə [cərgələmə] zərf

1. Bax: cərgələmək.
2. Cərgə ilə, cərgə-cərgə, sıra-sıra. □ Evlər cərgələmə tikilib.

Azərbaycan dilinin izahlı lüğəti