1. Cəsarətli, məharətli döyüşçü, yaxşı vuruşan, döyüşlərdə bişmiş döyüşçü; döyüşkən. □ Cəngavər tayfalar. Cəngavər xalqlar.
2. İsim kimi: cəsarətli, məharətli döyüşçü, yaxşı vuruşan, döyüşlərdə bişmiş döyüşçü; döyüşkən adam. □ Çox keçməmiş Girdman cəngavərləri böyük meydanda dəniz kimi dalğalanıb təlatümə gəldilər. (M.Hüseyn).
Bax: behişt.
See also:
1. Coğrafiya. Dörd cəhətdən biri; şimala müqabil olan səmt, tərəf; bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən ərazisi, hissəsi. □ Kompas cənubu göstərir. Xəzərin cənub sahili.
2. İsti iqlim qurşağında yerləşən ölkə, ərazi. □ İstirahəti cənubda keçirmək. Cənub bitkiləri.
See also: