1. Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal; hərbi sursat, hərbi ləvazimat. □ Əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib-keçən kişilərə və qadınlara baxırdı. (M.S.Ordubadi).
2. Məcazi mənada: böyük ehtiyat mənbəyi. □ Ədəbiyyat dilin cəbbəxanasıdır. (M.İbrahimov).
1. Hərbi. Düşmənlə üz- üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt; hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat; müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. □ Cəbhə boyu hücuma keçmək. Cəbhə ləğv edilmişdir. Cəbhə komandanı. Cəbhə qərargahı.
2. Məcazi mənada: eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. □ Bir cəbhənin adamları.
3. Məcazi mənada: hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. □ İdeoloji cəbhə.
4. Məcazi mənada: bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. □ Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.
5. Meteorologiya. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. □ Atmosfer cəbhəsi.
See also:
Zor, zor işlətmə, zülm. □ Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. (Aşıq Ələsgər)
Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. □ Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır.
Azərbaycan dilinin izahlı lüğəti1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən. □ Hacıyevə nə üçünsə elə gəldi ki, bu gülüş cəbri bir gülüşdür. (Ə.Əbülhəsən).
2. İcbari, məcburiyyət altında. □ Beş gün keçdi, məhbuslar azad olundu və arx üstə cəbri iş ilə məşğul olanlar da öz işlərinə qayıtdılar. (B.Talıblı).
Riyaziyyat. Cəbrə aid olan. □ İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər.
Azərbaycan dilinin izahlı lüğəti