1. Car çəkmək (çağırmaq) – yüksək səslə camaata bir şeyi xəbər vermək, elan etmək, bildirmək. □ Tez olun, car çəkin! Car çəkin, bütün bazar əhli bura yığılsın! (Ə.Məmmədxanlı)
2. Car çəkmək (çağırmaq) – məcazi mənada: aləmə yaymaq, hamıya bildirmək, xəbər vermək, hamıya eşitdirmək (xəbəri, bir sözü və s.-ni). □ Ellərə car çəkən payızın səsi; Düzlərdə sərt əsən küləklərdədir. (N.Xəzri)
Bax: cari (1-ci mənaya).
See also:
1. Arxaizm. Car çəkən, uca səslə bir xəbəri və s. camaata elan edən, bildirən. □ ...Carçılar ortada gəzib, müxtəlif xəbərlər verirdilər. (S.Rəhman).
2. Məcazi mənada: müjdəçi, bir şeyin ilk xəbərçisi. □ Azərbaycan torpağı və Azərbaycan xalqının böyük iftixarı olan Nizami bütün dünyada humanizmi tərənnüm edən intibah dövrünün ilk carçısı idi. (M.İbrahimov).
1. Tarix. Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın. □ Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsun öz mələkələri ilə yaşaya bilməzdilər. (M.S.Ordubadi).
2. Ümumiyyətlə qulluqçu, xidmətçi qız ya qadın. □ Bu qızı isə qaytarıb geri aparın, mənə kəniz və ya cariyə lazım deyil! (Ə.Məmmədxanlı).
1. Məxfi materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs; birini addım-addım izləyən, hər hərəkətinə göz qoyan, pusan adam haqqında. □ ...Arandan gələn hər yad adamı dövlət casusu hesab edək. (P.Makulu).
2. Məcazi mənada: xəbərçi, şeytançılıqla məşğul olan. □ Məşədinin dostu... casus adlandırdığı tələbənin karikaturasını çəkib, ...altında “casus!” sözünü yazdı... (M.Hüseyn).