1. "Basmaq" feilinin məchul növü. □ Biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu. (C.Məmmədquluzadə).
2. Məğlub olmaq. □ Yarışda basılmamaq üçün hamımız cidd-cəhdlə işə girişməliyik. (S.Rəhman).
3. Çuxura düşmək, çökmək. □ Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda, insan bədəninin forması dəyişir və təndürüstlüyü pozulub, donqarlıq əmələ gəlir, qarın qabağa çıxır, döş basılır və s.