Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

altruizm [altruyizm] isim fr. altruisme < lat. alter – başqa

Öz maraqlarını nəzərə almadan başqalarının xeyrinə fəaliyyət göstərmək və ya daim bu fəaliyyətə hazır olmaq; eqoizmin əksi olan insani keyfiyyət. □ Altruizm hərəkatı.

Azərbaycan dilinin izahlı lüğəti

alyans [alyans] isim fr. alliance – ittifaq, birlik

Müəyyən müqavilə öhdəlikləri əsasında yaradılan birlik, ittifaq. □ Hərbi alyans.

Azərbaycan dilinin izahlı lüğəti

ambisiya [ambisiya] isim fr. ambition < lat. ambitio – iddia, istək

Əsası olmayan iddia. □ Ambisiya nümayiş etdirmək.

Azərbaycan dilinin izahlı lüğəti

ambulatoriya [ambulatoriya] isim lat. ambulare – səyyar

Tibb. Ev şəraitində müalicə olunan xəstələrə tibbi yardım göstərən kiçik səhiyyə müəssisəsi. □ Ambulatoriya daha çox tibbin ixtisaslaşmış sahələri (terapiya, cərrahiyyə, ginekologiya və s.) üzrə müalicə və profilaktika işləri görür.

Azərbaycan dilinin izahlı lüğəti