1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. □ Yerə düşmüş iynəni axtarmaq. Axtaran tapar (Atalar sözü).
2. Əldə etməyə çalışmaq; arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. □ İş axtarmaq. Özünə otaq axtarmaq. Dava-dalaş axtarmaq.
3. Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək. □ Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq.
4. Ummaq, gözləmək. □ Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.
5. Məcazi mənada: həddindən artıq fikir vermək. □ Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır.
See also:
1. Heyvanlara yem tökmək üçün taxtadan, daşdan və s.-dən hazırlanan divara yapışıq qab, qutu. □ Nadir axura arpa, saman töküb tövlənin o biri başında olan səkinin üstünə çıxdı (B.Talıblı)
2. Dialekt. İçində üzümü əzib, suyunu çıxarmaq üçün içərisi yonulub dərinləşdirilmiş tava daşı. □ Baba isə üzümləri dərib gətirər, daş axura töküb, şalvarını dizinədək çırmalayır.. və şirə yığırdı. (H.Sarabski)