1. Bir yerin, ölkənin iqlimi, təbii şəraiti (suyu, havası, temperaturu). □ Vətənimin daşına da, torpağına da, ab-havasına da qurban olum!
2. Məcazi mənada: insanların olduğu bir yer, məkan haqda xoş və ya pis təəssürat, aura. □ Evin ab-havası elə pis idi ki, heç adam orada qalmaq istəmirdi.
Azərbaycan dilinin izahlı lüğəti1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. □ Abır istəsən çox demə, sağlıq istəsən çox yemə. (Atalar sözü).
2. Məcazi mənada: üst-baş, geyim, qiyafət, zahiri görünüş. □ Bizə bir abırda gəlmişdi ki, gəl görəsən.
3. Məcazi mənada: bədənin məhrəm (örtülü, ayıb) yeri.
See also:
Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. □ Ay bala, adamda abır-həya da yaxşı şeydi.
See also: