Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. □ Qaraçı bir ələk verib, elə bil evə dirək verib. (Atalar sözü). Ələk dairəvi qutu şəklində olur.
See also:
Ələk qayıran və satan adam.
Ələkçinin işi, peşəsi, sənəti.
Əldə edilə bilməyən, ələ keçirmək mümkün olmayan, tapılması çox çətin olan. □ Ələkeçməz şey. Ələkeçməz fürsət.
Ələ keçməsi, əldə edilməsi, tapılması mümkün olmama, yaxud çətin olma.
Bax: ələkləmək.
1. Ələkdən keçirmək. □ Un ələkləmək. 2. Məcazi mənada: səpmək, səpələmək, tökmək.
Bax: ələklənmək.
1. Ələkdən keçirilmək. □ Un ələklənmişdir. 2. Məcazi mənada: səpmək, səpələmək, tökmək.
Ələyi olan. □ Ələkli konveyer.
Qarışıqlıq, alt-üst. □ Otaqları bir-birinə vurdular. Güman gələn yerləri ələk-vələk elədilər. (Mir Cəlal).
Mütləq, lap yəqin, hər necə olur olsun, hər halda. □ Əl-əlbət gəlin.
1. Bir-birinin əlindən tutaraq. □ Əl-ələ oynadılar. Əl-ələ yerimək. 2. Birgə, bir yerdə, həmrəycəsinə, dostcasına. □ Əl-ələ işləmək. Əl-ələ çalışmaq. Əl-ələ verməklə dağı dağ üstə qoymaq olar. (Atalar sözü).
Xüsusilə, xüsusən. □ Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. (S.S.Axundov).
Dərd, qəm, kədər, qüssə. □ Ələm, məşəqqət adamı tez qocaldır. Əlimdə ələmim var; Qızıldan qələmim var; Fələk, gəl dəymə mənə; Uzaqdan gələnim var. (Bayatı).
Bayraq (adətən dini ayinlərdə işlədilən bayraq).