1. Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm). □ Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. (H.Sarabski)
2. Girvənkənin dörddə birinə bərabər ağırlıq ölçüsü (100 qr).
3. Dörddə bir. □ Ölçü vahidi bütöv, yarım, çərək, səkkizlik və onaltılıq ola bilər.
4. “Bir” sayı ilə: bir çərək – bir az, bir tikə, azacıq. □ Yox, gərək bir çərək; Qalmasın boş yerin! (M.Müşfiq)
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı. □ O zamanın təhsili də elə bundan ibarət idi: çərəkədən sonra ərəbcə Quran oxuyurdular, sonra fars klassikləri keçilirdi. (Y.V.Çəmənzəminli).
2. İlahiyyat. Yasin, təlqin, mərsiyə və s. yazılmış kitabça; bayaz. □ Mollalar hazır olur dəfninə əldə çərəkə. (M.Ə.Sabir).