1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıb-enir. □ Xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. (Y.V.Çəmənzəminli).
2. Məngənə və s. sıxıcı alətlərin şeyi sıxan tərəflərindən hər biri. □ Məngənənin çənələrini yeyilməkdən qorumaq üçün onların işlək üzlərinə vintlər vasitəsilə poladdan hazırlanmış və su verilmiş dodaqlar bağlanır.
See also:
Çəng olmaq – qıc olmaq, keyləşmək, hərəkətdən düşmək, hissizləşmək. □ Əl-ayağı çəng olmaq.
Əl, pəncə. □ Tülək tərlan təki qafil Həsən bəy; Şığıyıb çənginə götürdü bayaq. (Q.Zakir).
Musiqi. Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. □ İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. (M.S.Ordubadi).
Dırmıq (kənd təsərrüfatı aləti).
See also:
1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət. □ Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu. (M.S.Ordubadi).
2. Şey asmaq üçün qarmaq, asılqan, asqı; kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; qənarə. □ Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. (Y.V.Çəmənzəminli).
3. Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq. □ Qaldırıcı kranın çəngəli.
4. Texnika. Haça şəklində olan müxtəlif şeylərin, alətlərin adı. □ Ştepsel çəngəli.
5. Şahmat oyununda bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət. □ Piyadanın iki düşmən daşına birdən hücum etməsi çəngəl adlanır.
6. Hərb. Atılan mərmilərdən birinin hədəfdən uzağa, o birinin isə yaxına düşməsi nəticəsində doğan vəziyyət. □ Hədəfi çəngələ almaq.
7. Məcazi mənada: inkişafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng. □ Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. (M.İbrahimov).