təmiz, düz, halal yolla əldə edilmiş bir şeyi dəyərdən salmaq, korlamaq, təmizlikdən məhrum etmək.
düzgün və halal sayılmayan yollarla əldə edilmiş hər hansı bir şey.
bax: haray salmaq.
qışqırmaq, bağırmaq, çığırmaq; ~ hay-küy qaldırmaq, hay-küy salmaq, haray-həşir salmaq (qoparmaq).
səs-küy yaratmaq, dava-dalaş etmək, həyəcanla qışqırmaq; ~ haray salmaq, qiyamət qoparmaq, mərəkə qoparmaq, hay-həşir salmaq, özünü cırmaq.
hazırın naziri olan, əziyyət çəkmədən nəyisə əldə edən, göz önündə olmağa can atan adam haqqında deyilən ifadə.
kobud, qaba, yerli-yersiz danışmaq, danışığına fikir verməmək; ~ ağızdan yava.
mane olmaq, maneə yaratmaq; ~ sədd çəkmək.
böyümək, boya-başa çatmaq.
bitmək, yetişmək; ~ əmələ gəlmək.
fikri qüvvətləndirmək məqsədilə əsas mövzuya uyğun əhvalatlar danışmaq, misallar gətirmək; ~ sözün birini qoyub o birinə getmək (keçmək).
axşam olmaq, qaranlıq düşmək, qaranlıq çökmək; ~ qaş qaralmaq.
soyuqlardan sonra mülayimləşməyə, istiləşməyə başlamaq.
uzağı görməyən, yalnız bu günlə yaşayan adamlar haqqında işlədilən ifadə.