ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq; ~ gözləri örtülmək, gözləri yumulmaq, bəsirəti bağlanmaq, basaratı bağlanmaq.
heyrət etmək, təəccüb etmək.
çox arıqlamaq; ~ bir dəri, bir sümük qalmaq, gözünə kölgə çökmək.
ağlamaq dərəcəsinə gəlmək, qəhərlənmək, kövrəlmək, gözləri yaşarmaq; ~ yaş boğmaq.
1. Həddən artıq təəccüblənmək; ~ heyrətə gəlmək, gözü kəlləsinə çıxmaq.
2. Çox diqqətli, ehtiyatlı, ayıq-sayıq olmaq.
hirsindən, qəzəbindən, hikkəsindən gözü heç bir şey görməmək, bərk əsəbiləşmək.
sevinc hissi keçirmək, şən olmaq.
hərisliklə baxmaq, baxışlarının ifadəsi ilə istədiyini bildirmək; ~ gözünü çəkə bilməmək.
qəzəbdən, hirsdən, yaxud ağlamaqdan gözləri bərk qızarmaq.
özünü pis hiss etmək, halı pisləşmək, bir anlığa heç nə görə bilməmək; ~ gözünə qaranlıq çökmək, başı fırlanmaq.
şux, coşqun ruhlu görünmək; baxışları ilə daim nə isə axtarmaq; ~ üz-gözündən biclik yağmaq, gözü orda-burda olmaq, gözləri oynamaq.
baxışları ilə daim nə isə axtarmaq; ~ gözü orda-burda olmaq, gözləri qaynamaq.
bax: gözləri bağlanmaq.
üzündə sevinc görsənmək, fərəh içərisində olmaq, canlanmaq; ~ üzü gülmək.
1. Həqiqəti görməmək, ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq; ~ gözləri bağlanmaq, gözləri örtülmək, bəsirəti bağlanmaq, basaratı bağlanmaq.
2. Bərk yuxusu gəlmək.