hədsiz dərəcədə fərəhlənmək, qürurlanmaq, qəlbi şadlanmaq, çox sevinmək.
bax: gözü arxasınca (dalınca) qalmaq.
son dərəcə kədərlənmək, çox mütəəssir olmaq; ~ ürəyi qana dönmək, ürəyi od tutub yanmaq, iztirab çəkmək (keçirmək).
bax: ürəyi qan ağlamaq.
bax: ürəyi düşmək.
bax: ürək qızdırmaq.
bərk qorxmaq, həyəcan keçirmək; ~ ürəyi qırılıb ayağının altına düşmək, ürəyi düşmək, ürəyi ağzına gəlmək.
qüssələnmək; ~ iztirab çəkmək (keçirmək), xiffət çəkmək.
hansısa xəbərdən təsirlənmək, qəmlənmək, kədərlənmək; ~ iztirab çəkmək (keçirmək).
bərk həyəcanlanmaq, dözməmək, sarsıntı və əsəb gərginliyi keçirmək; ölmək; ~ bağrı çatlamaq, ürəyi çatlamaq.
kədərdən, qəmdən, yorğunluqdan, yaxud acınacaqlı bir işdən üzülmək; qüssələnmək, darıxmaq; ~ xiffət çəkmək, qulağı çəkilmək, qəlbi sıxılmaq, qursağı daralmaq.
incimək, narazı qalmaq; ~ qəlbi qırılmaq (sınmaq), könlü qırılmaq.
çox sevinmək, fərəhlənmək; ~ ürəyi tel-tel olmaq.
sakitləşməmək, rahat olmamaq, hirsi yatmamaq.