Passivlik ətalətdir, aktivlik isə gümrahlıqdır.
Yusif şah aqil idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmır ki, bu dəlini ipə-sapa gətirə (M.İbrahimov).
Divanəsini unutmaz aqil (Q.Zakir); Heç ipə-sapa yatmır o gic.
Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.Vurǧun); Onun solǧun yanaǧı qızarmaǧa başlayırdı (S.Vəliyev).
Alacaǧına qırǧıdır, verəcəyinə qarǧa (Ata. sözü).
Alacaqlı ikən verəcəkli olduq (Ata. sözü).
Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Cəlal); Gəlin ürəyimdə bir şam yandırın; Dünyanı yenidən işıqlandırın! (S.Vurǧun).
Alanın gözü satanın əlində olar (Ata. sözü).
Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da, həyat haramdır (M.S.Ordubadi); Çox alicənab, nəcib insandır (Anar).
Alçaq səslə zümzümə etməyə başladı (“Ulduz”); Cəlal da zil səslə deyir bayatı; Tutub qışqırıǧı bütün elatı (S.Vurǧun).
Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin).
Maya sanki ucadan və acıqla soruşdu (M.İbrahimov); Bu zaman əncümənin üzvlərindən bir neçəsi papiros çəkir, bir-biri ilə alçaqdan danışırdı (A.Makulu).
Alçaqlı, ucalı daǧlar görmüşəm (Aşıq Alı).
Aǧacın alçaqlıǧı gediş-gəlişə maneçilik törədir. Min üç yüz hündürlüyündə olan bu gözəl şəhərdə daǧ havası ilə aran günəşi birləşmişdi (M.İbrahimov).
Onu alçaldan da, ucaldan da biz (T.Bayram).