Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər (Ə.Haqverdiyev).
Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi.
Hər şeyin əvvəli, axırı olur (R.Rza).
Mən məsləhət görürəm, nə qədər ki, gec deyil, biz bu işdən çəkilək, çünki axırkı biabırçılıqdansa, əvvəlki biabırçılıq yaxşıdır (Ə.Vəliyev).
Axır şırıltıyla köpüklü çaylar (S.Vurǧun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, səmum küləyi (O.Sarıvəlli).
Axşam aya baxar, gündüz günəşə; Ondan ətirlənər nərgiz, bənövşə (H.Hüseynzadə).
Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü).
Bəzən quşa dönür saat da, an da; Axşam gəzdiyini səhər tapırsan… (M.Araz).
Axşamçaǧı Canpoladın qapısı vuruldu (M.S.Ordubadi); Sıǧırçınlar səhərçaǧı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər (Mir Cəlal).
Gözlərimdən tökülür üç axşamlıq yuxusu (S.Vurǧun); Bir səhərlik işimiz qalıb.
Axşamüstü Bahadır kəndə hamıdan gec qayıtdı (S.Rəhimov); Səhər-səhər qoy bir gözümü açım, sonra qabaǧımı kəs! (M.İbrahimov).
Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi (S.Rəhimov).
Xeyr, qardaş, mən çox ailəli adamlarla qohum ola bilmərəm, məndən əl çək, darıxıram (C.Əmirov); Maya, necə bilirsən, adam evlənəndən sonra da özünü subay kimi apara bilərmi? – deyə soruşdu (M.İbrahimov).
Gündəlikdə işlənən, tələbatı ödəyən sözlər aktiv, az işlədilən, köhnəlmiş sözlər passivdir.
İş adamı passivləşdirmir, əksinə aktivləşdirir.