Düz yolla getməyi özünə ölüm bilir. Dolama yollarda maşının sizi nə qədər atıb-tutduǧunu təsəvvür edin (S.Vəliyev).
Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni göz görə (Bayatı); Xor baxarsan, ac qalarsan (Ata. sözü).
Yolu gah düzünə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındakı izdiham içində çox sıxcalanmışdım, çox çalxalanmışdım... (Ə.Məmmədxanlı).
Düz yolla gedən yorulmaz (Ata. sözü); Evin nahamvar palçıq döşəməsinə kandar tərəfdə xaral sərilmişdi
(S.Qədirzadə).
Düz sözə nə demək olar?! (İ.Əfəndiyev); Yalan sözə nə verirlər (“Ulduz”).
Bircə sən düz adamsan (C.Əmirov); Bu dünyada üç şey başa bəladı; yaman oǧul, yaman arvad, yaman at (Aşıq Ələsgər).
Ona elə gəldi ki, döyüşçü düz məlumat vermir (S.Vəliyev); Elə isə, qızım, mənə yanlış məlumat veriblər (S.Vəliyev).
Əvvəl düzəlişdilər, bir müddət mehriban yaşadılar, sonra nədənsə pozuluşdular.
Döyüşdü gah əyildi; Gah dikəlib, düzəldi (B.Vahabzadə).
Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, feil heç vaxt düzəlməz (C.Məmmədquluzadə); Anladıqca səni pozulur halım (S.Vurǧun).
Faşistlər onları buraya göndərmişdilər ki, daǧılmış körpüləri düzəltsinlər. Ancaq bu igidlər, əksinə, uçulmamış körpüləri də daǧıtdılar (S.Vəliyev).
Qərənfil pəncərənin şüşəsinə baxıb kəlaǧayısını düzəltdi (S.Rəhman); Zinyət fikirli alnını qırışdırıb dodaqlarını əydi (Çəmənzəminli).
İti gözləri çox şeylər görür, həssas aǧıl isə tam və düzgün nəticə çıxarır. Yalan ayaq tutar, amma yeriməz (Ata. sözü).
Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir (M.İbrahimov); Qarətin, əliəyriliyin kökünü kəsmək (F.Kərimzadə).
Coşur, əzildikcə daha da ilham; Həqiqət naminə, düzlük naminə (B.Vahabzadə); Bu riyakarlıq, bu yalançı hörmət Rüstəm kişinin qəzəbini coşdurur (M.İbrahimov).