İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü (A.Şaiq); Ocaqlar çatılır, ev qızır haman; Humay bürünmüşdü isti yorǧana (S.Vurǧun).
Məhərrəm heç vaxt baş aça bilmirdi bu donuqluqdan (M.Eynullayeva); Parisə gəldikdən sonra o, birinci dəfə idi ki, şəhəri belə ürək açıqlıǧı ilə seyr edirdi (S.Qədirzadə).
Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! (N.Nərimanov); Dayandı başımız əǧyar içində ərşi-əlaya (M.S.Ordubadi).
Hər şeyin təzəsi, dostun köhnəsi (Ata. sözü); Artıq mövqelərini itirən italyan oyunbazları bu qorxulu rəqibi aradan götürməyi qərara aldılar (S.Vəliyev).
Dostluq müxtəlif olur; Düşmənçilik kimi (R.Rza).
Diş qurdalamaqla qarın doymaz (Ata. sözü); Cücələrim acdı, yemləmək vaxtıdır.
Doyunca, doyunca söhbət edərik (M.İbrahimov); Bu nədir, ə, sözü yarımçıq qoyub susdun?!(M.İbrahimov).
Bir gün Qərənfillə Bahadır adi qayda üzrə bir yerdə evə döndülər (S.Rəhimov); İndi gedib səhərə kimi rahat yatacaqsan (S.Qədirzadə).
Aslan ... dönük fikirli və zəif iradəli adamları sevməzdi (M.İbrahimov); Sən dönməz balıqçısan; Yoldaşların səbatlı (M.Rahim).
Xeyr, artıq dönüklük umma məndən (H.Cavid); Onun səbatlılıǧı məni sevindirir.
Müşavirədə ona yaman döşədilər (İ.Əfəndiyev); Bütün məktublarında qarını tərifləyirsən (Ə.Vəliyev).
Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş aǧ süfrə döşədi (Ə.Vəliyev); – Geri niyə qaytarırsan, tikəndə özümüz düzəldərik, yıǧışdır (M.İbrahimov).
Həyətdə palaz döşənib, samovar qurulmuşdu (Çəmənzəminli); Çay içildikdən sonra süfrə yıǧıldı.
Qəm yemə, çox çəkməz dövlətlənərsən (S.Rüstəm); Var-yoxdan çıxmış kəndlilər tamam yoxsullaşmışdılar.
O deyəndə bir dövlətli xanım, mən gədanın birisi (Ə.Haqverdiyev).