Bəlkə, biri çayı şirin içməyəcək. Dişləmə içəcəkdir (S.S.Axundov).
Özün bilirsən ki, onlar dişli tayfadırlar (İ.Şıxlı); Onun tələsməklə işi yoxdur, ölüvaydır (“Ulduz”).
Əqlini itirib qız, divanədir (S.Rüstəm); Aǧıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü).
Genə bir Leyliveş yarə dil verdi; Könül Məcnun təki divanələnmiş (M.V.Vidadi); İndi Sona lap aǧıllanmışdır (“Azərbaycan”).
Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? (C.Cabbarlı); Malik onun aǧıllılıǧının səbəbini bilirdi.
Demək, o sənin üçün doǧmadır, amma bu biriləri ögey? (İ.Əfəndiyev).
O yad deyil, mənə doǧma baladan artıqdır (A.Şaiq).
Yenidən doǧmaq üçün batdı. Gözlərdən itdi (S.Rüstəm).
Bir il sonra Zeynəb oǧlan doǧdu (M.İbrahimov); Ölər, kişitək ölər ələ düşməz o, yalnız (B.Vahabzadə).
Doǧmalar get-gedə yadlaşır, yadlar isə doǧmalaşır.
Ancaq bu küskün səs o doǧmalıqdan, o nəvazişdən uzaq idi (M.Eynullayeva); Ancaq indi uşaqlarının yanında özünün yadlıǧını, özünün zalımlıǧını dərk elədi (M.Eynullayeva).
Qələm ayrı kəsilsə də, doǧru yazar (Ata. sözü).
Allah bilir ki, doǧru deyirəm! (M.F.Axundzadə); Pul tapmışam, yalan demirəm (M.F.Axundzadə).
Mən səni doǧru yola çəkmək istəyirəm (C.Məmmədov); Yanlış hesab Baǧdaddan qayıdar (Ata. sözü).
Yalançının evi yandı, kimsə inanmadı (Ata. sözü); Deyənlər nə qədər doǧruçu, nə qədər alicənab şəxslər imiş (M.S.Ordubadi).