Mən səni görmüşəm söz sərkərdəsi; Alovlu, qüdrətli, cürətli, mətin (X.Rza); Dərəyə enmə, qorxaq! Qorxaq həllənc daşıdır; Kim ona təpik vursa; Dalı ona qarşıdır (M.Araz).
Ərinin inadkarlıǧı Nəvazişi də cürətləndirdi (S.Qədirzadə); Qorxma, bu saat ev yiyəsi çıxar (Mir Cəlal).
Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü (S.S.Axundov).
Cürbəcür həvəslər bürüyür varlıǧımı (M.İbrahimov); Əsərdə eyni hadisələr təsvir olunur.
Çiyid gec cücərir (Ə.Vəliyev); Cücərən aǧaclar da quruyur.
O zaman isə Rüstəmin çaǧ vaxtı idi (M.İbrahimov); Anam xəstədir, müsyö, vəziyyəti çox aǧırdır (S.Qədirzadə).
Xalisə çaǧanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir, gəl (S.S.Axundov); Qəməri güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə (S.S.Axundov).
Mayanın gözlərində incə və mehriban duyǧular, təlaş dolu xoş bir intizar və çaǧırış vardı (M.İbrahimov); Müfid hər nə edirsə etsin, Dilşad yenə də onun aǧzına baxır və əmrinin intizarını çəkirdi (M.S.Ordubadi).
Çaxnaşma düşdü (M.Süleymanlı); Ətrafda sakitlikdir (S.Qədirzadə).
İzdiham çaxnaşdı (S.Vəliyev); Nəhayət, sakitləşdi (M.İbrahimov).
Seyrək, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı (S.Qədirzadə); Mariana, yəqin ki, bunu duyub, qara, sıx kirpiklərini aşaǧı endirdi (S.Qədirzadə).
Çox çətinliklə Məmişi çaladan çıxartdılar (M.Talıbov); Düzdə oturdular (M.Hüseyn).
Çox gözəl! Yaşasın çalışqan kənd qadınları (Ə.Haqverdiyev); Tənbəl adam fikirli olar (Ata. sözü).
Biz çalışmalıyıq ki, ayrı-ayrı adamların əvəzinə ümumi camaat varlansın, kolxoz dövlətlənsin (Ə.Vəliyev); Sən harda küllənir, veyllənirsən? (S.Vurǧun).
Çaşbaş qaldı (“Azərbaycan”); Gülşənin manqası iki günə qurtarmaǧı qət etdiyi halda bu arvad çox toxtaq danışırdı (Ə.Vəliyev).