İstehkamçı mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız (Mir Cəlal); Bütün əməyim bərbad oldu.
Həyat haqqında sənin təsəvvürlərin nə qədər bəsitdir, Güləbətin! – dedi (M.İbrahimov); Mürəkkəb işdən hər adamın başı çıxmır.
Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə (Bayatı); Əkbər boyca hündürdü.
Təqribən on-on beş yaşlı, bəstəboy, badamı qaragöz bir qız Mayanın diqqətini cəlb etdi (M.İbrahimov); Ucaboy, enlikürək bir şofer maşından çıxıb Yeja ilə söhbət etdi (Ə.Vəliyev).
Söymə qul atamı, söyməyim bəy atana (Ata. sözü).
Özü də şəhərimizin birinci bəyidir. Nökəri də qapımızda xanıma müntəzirdir (S.S.Axundov).
Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı (Ə.Əbülhəsən); [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır (C.Cabbarlı).
Yoxsa vurulmusan qıza, ay bədzat? (S.Rüstəm); Alicənab adammış (S.Rüstəm).
Bildi ki, oǧlu necə bic və haramzadədir (M.F.Axundzadə); Yorulduq dəlilərdən, gəlmədi bir aǧıllı (Ata. sözü).
İmanın olsun, ay kişi! Niyə bica söz danışırsan? (M.İbrahimov); Rüstəm kişi onların üz-gözündə mənalı bir ifadə gördü (M.İbrahimov).
Çərçizadə nə qədər bicliyi, bacarıǧı, istedadı vardı, ortaya çıxartdı (Ə.Vəliyev); Bərəkət ondur, onu da düzlük (Ata. sözü).
Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə (M.F.Axundzadə); ...Zalım xanımın qorxusundan tir-tir əsirdi (S.S.Axundov).
Nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpaǧı qədər küskün idi (M.S.Ordubadi); Daxilən gözəl olsa da, zahirən yaraşıqsız idi.
Qısaboylu, biçimsiz bir adam sol ayaǧını çəkə-çəkə içəri girdi (A.Şaiq); Heç olmasa, sir-sifəti yöndəmli idi (“Ulduz”).
Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gəncələr bidar (M.P.Vaqif); Yuxulu gözləri ilə baxdı (Ə.Vəliyev).